Birinci kurs tələbəsi qəzada həyatını itirib Birinci kurs tələbəsi qəzada həyatını itirib
  • Mahal
  • 20 May 2019 10:13
  •  1 288

Bakıdan Astaraya valideynlərini görməyə getdi - Qəzada öldü

Birinci kurs tələbəsi qəzada həyatını itirib

Hadisə Astara rayonunun Şüvi kəndində baş verib. Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alan Qadir Baxşiyev həftəsonu rayona gedib. Bu zaman o, dostu, 11-ci sinif şagirdi Şəhriyar Əsgərovun idarə etdiyi “VAZ 21011” markalı avtomobillə qəzaya düşüb. Belə ki, 17 yaşlı Şəhriyar Əsgərovun idarə etdiyi “VAZ 21011” markalı, 99 RU 131 dövlət qeydiyyat nişanlı avtomobil yük avtomobili ilə toqquşub.

Nəticədə Q. Baxşiyev hadisə yerində həyatını itirib, sürücü isə ağır vəziyyətdə xəstəxanaya aparılıb. Vəziyyəti stabildir.

Faktla bağlı araşdırma aparılır.(qafqazinfo.az)

AzNews.az

image description image description image description