"Oğlumu görənlərdən xahiş edirəm ki, bizimlə əlaqə saxlasınlar" "Oğlumu görənlərdən xahiş edirəm ki, bizimlə əlaqə saxlasınlar"
  • Mahal
  • 20 May 2019 10:34
  •  1 755

Gəncə Şəhər Təhsil İdarəsinin əməkdaşı itkin düşdü - FOTO

"Oğlumu görənlərdən xahiş edirəm ki, bizimlə əlaqə saxlasınlar"

Gəncə Şəhər Təhsil İdarəsində məsləhətçi vəzifəsində çalışan 1994-cü il təvəllüdlü Ceyhun Qabil oğlu Bağırov itkin düşüb.

Bu barədə onun atası Qabil Bağırov deyib.

“Oğlum mayın 17-si işlədiyi Gəncə Şəhər Təhsil İdarəsinə gedib. Amma saat 10-dan sonra oğlumla heç bir əlaqə saxlaya bilməmişik. Həmin gündən uşaq yoxa çıxıb. Hazırda Gəncə Şəhər Polis İdarəsindəyik. Axtarışlar davam edir. Oğlumu görənlərdən xahiş edirəm ki, bizimlə əlaqə saxlasınlar”, - Q.Bağırov bildirib.

Q.Bağırovun sözlərinə görə, oğlu nişanlıdı: “Toy mərasimi üçün hazırlıq işləri görürük. İyun 11-də toy mərasimini planlaşdırmışıq”.

C.Bağırovu görənlərdən aşağıdakı telefon nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur:

050 640 67 73 (Qabil Bağırov) (report.az)

AzNews.az

image description