Tahirə Əliyeva bıçaqlanandan bir saat sonra xəstəxanaya gətirilib Tahirə Əliyeva bıçaqlanandan bir saat sonra xəstəxanaya gətirilib
  • Mahal
  • 21 May 2019 15:02
  •  1 867

Əri tərəfindən bıçaqlanan qadın haqda yeni məlumat - "Böyrəyi sıradan çıxıb"

Tahirə Əliyeva bıçaqlanandan bir saat sonra xəstəxanaya gətirilib

Bərdə rayonunda əri tərəfindən bıçaqlanan 38 yaşlı qadının səhhəti ağırdır.

Bu barədə AzNews.az-a Bərdə Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rəna Mustafayeva məlumat verib. Onun sözlərinə görə, Tahirə Əliyeva xəstəxanaya çox ağır vəziyyətdə gətirilib:

“Tahirə Əliyeva bıçaqlanandan bir saat sonra xəstəxanaya gətirilib. Həmin müddətdə Tahirə çoxlu qan itirib. 4 bıçaq zərbəsi alıb. Zərbələrin ikisini böyrəyindən vurub. Demək olar ki, böyrəyi sıradan çıxıb. Bütün həkim kollektivinin səyi nəticəsində Tahirəi həyata qaytardıq. Ağır bir əməliyyat oldu. Ümidimiz Allahadır”.

Qeyd edək ki, Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib. Rayonun Lək kənd sakini Rafiq Əliyev həyat yoldaşı 38 yaşlı Tahirə Əliyevanı bıçaqlayıb. Bir neçə bıçaq xəsarəti alan qadın Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Bahar RÜSTƏMLİ

AzNews.az