Qəbullar zamanı gömrük məsələləri ilə bağlı müraciətlər dinləniləcək Qəbullar zamanı gömrük məsələləri ilə bağlı müraciətlər dinləniləcək
  • Mahal
  • 22 May 2019 14:57
  •  1 285

General qəbul keçirəcək

Qəbullar zamanı gömrük məsələləri ilə bağlı müraciətlər dinləniləcək

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev mayın 25-də saat 11:00-da Balakən rayon Heydər Əliyev Mərkəzində (Səttar Gözəlov küç.1) bu rayondan olan vətəndaşları qəbul edəcək.

Həmin gün saat 11:00-da Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov Zaqatala rayon Heydər Əliyev Mərkəzində (Zaqatala şəhəri, Car küç.1) Zaqatala rayonundan, Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev isə Qax rayon Heydər Əliyev Mərkəzində (Qax şəhəri, N.Nərimanov küç. 4) Qax rayonundan olan vətəndaşları qəbul edəcək.

Qəbullar zamanı yalnız Balakən, Zaqatala, Qax rayonlarının sakinlərinin və bu bölgədə məskunlaşan məcburi köçkünlərin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbullarda iştirak etmək istəyən vətəndaşlar "195" Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqə telefonu: (012) 404-22-00), Qərb Ərazi Baş Gömrük İdarəsinin Balakən gömrük postu (əlaqə telefonu: (024) 295-18-39) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.(qafqazinfo.az)

AzNews.az