Sabirabad rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib Sabirabad rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib
  • Mahal
  • 24 May 2019 09:57
  •  2 495

Balıq tutmağa getdi, boğulub öldü

Sabirabad rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib

Hadisə mayın 24-də rayonun Cavad-Zəngənə kəndi yaxınlığında yerləşən kanalda baş verib. Balıq tutmağa gedən Anar Cəfərov və Fərahim Mikayılov axşam saat 20 radələrində qamışlıqdan meyit tapıblar. Onun həmin kanalda balıq tutmağa gedən Elmi Əliyev olduğu müəyyən edilib.

İlkin ehtimala görə, E.Əliyev balıq tutarkən yıxılaraq kanala düşüb və boğularaq ölüb.

Meyit üzərində xəsarət izləri akşar edilməyib, araşdırma aparılır.(qafqazinfo.az)

AzNews.az