Bu müddətdə 82 468 cərrahiyyə əməliyyatı aparılıb Bu müddətdə 82 468 cərrahiyyə əməliyyatı aparılıb
  • Mahal
  • 24 May 2019 13:51
  •  1 276

Milli Oftalmologiya Mərkəzinin Şəki filialı açılır

Bu müddətdə 82 468 cərrahiyyə əməliyyatı aparılıb

Yaxın gələcəkdə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Şəki filialı fəaliyyətə başlayacaq.

Bunu MOM-un direktoru Elmar Qasımov “Oftalmologiyanın bu günü və gələcəyi” adlı konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, mərkəz fəaliyyətə başladığı 10 il ərzində stasionar pasiyentlərin sayı 90 224 nəfər olub. Bu müddətdə 82 468 cərrahiyyə əməliyyatı aparılıb, mərkəzdə 1 milyon 710 nəfər ambulator müayinə edilib.

MOM-un Səyyar Klinikasında 22692 nəfərə baxış keçirilib, onların iki minə yaxını üzərində cərrahiyyə əməliyyatı aparılıb.(oxu.az)

AzNews.az