Dəymiş ziyanın həcminin müəyyənləşdirilməsi üzrə işlər aparılır. Dəymiş ziyanın həcminin müəyyənləşdirilməsi üzrə işlər aparılır.
  • Mahal
  • 24 May 2019 21:58
  •  1 419

Daşkəsəndə dolu və külək təsərrüfata ziyan vurdu - Məktəbin dam örtüyü dağıtdı

Dəymiş ziyanın həcminin müəyyənləşdirilməsi üzrə işlər aparılır.

Bu gün Daşkəsən rayonuna küləklə müşahidə olunan leysan yağış və dolu yağıb.

Dolu meyvə ağaclarına və əkin sahələrinə zərər vurub.

Rayonun Xoşbulaq kəndində orta məktəb binasının dam örtüyünü külək dağıdıb. Elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Daşkəsən rayon İcra Hakimiyyətindən verilən məlumata görə, yağış və dolu ilə müşayiət olunan güclü külək nəticəsində rayonunun yol, elektrik və rabitə təsərrüfatına, əkin sahələrinə xeyli ziyan dəyib. Küləyin təsirindən çoxlu sayda ağac aşıb. Dəymiş ziyanın həcminin müəyyənləşdirilməsi üzrə işlər aparılır, daxili imkanlar hesabına bərpa işlərinə başlanılıb və ardıcıl müvafiq tədbirlər görülür. (report)

AzNews.az