Nəticədə avtomaşınlara ciddi ziyan dəyib. Nəticədə avtomaşınlara ciddi ziyan dəyib.
  • Mahal
  • 26 May 2019 19:52
  •  1 181

Kürdəmirdə yük maşını traktora çırpıldı - FOTO

Nəticədə avtomaşınlara ciddi ziyan dəyib.

Kürdəmir rayonunda yol qəzası baş verib.

Hadisə bu gün saat 18:00 radələrində Bakı-Qazax yolunun 186 km-də, Kürdəmirin Çöhranlı kəndindən keçən hissəsində qeydə alınıb.

1984-cü il təvəllüdlü Kürdəmir rayon sakini Məmmədov Samir Sərxan oğlu qoşqulu traktorla Bakı istiqamətində hərəkətdə olan zaman, Özbəkistan vətəndaşı, hazırda isə Salyan rayonunda qeydiyyatda olan 1957-ci il təvəllüdlü Əsədov Əli Ağayeviç idarə etdiyi "Kamaz" markalı yük maşını ilə arxadan ona çırpılıb. Nəticədə sürücülərdən xəsarət alan olmasa da, avtomaşınlara ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır. (report)

AzNews.az

image description image description image description image description image description image description image description image description