Səhər saatlarında otlaqda yanğın başlayıb Səhər saatlarında otlaqda yanğın başlayıb
  • Mahal
  • 18 İyun 2019 16:38
  •  3 124

Keçmiş icra başçısının otlaq sahəsi yandı

Səhər saatlarında otlaqda yanğın başlayıb

Abşeronda bu gün səhər saatlarında Qobustanın keçmiş icra başçısı Əlisəfa Cəbiyevə məxsus qış otlaq sahəsi yanıb.

200 hektarlıq ərazi mal-qara qışlağı kimi istifadə olunub. Səhər saatlarında isə otlaqda yanğın başlayıb. Yanğın rayon yanğından mühafizə xidmətinin əməkdaşları tərəfindən söndürülüb.

Qeyd edək ki, sabiq başçı sözügedən otlaqda mal-qara saxlasa da, hazırda heyvanlar yaylaqdadır.

Xatırladaq ki, Ə. Cəbiyev 2001-2005-ci illərdə Qobustan rayon icra hakimiyyətinin başçısı vəzifəsində çalışıb.(qafqazinfo.az)

AzNews.az