"Yanğın mühafizə hissələri tərəfindən söndürülüb" "Yanğın mühafizə hissələri tərəfindən söndürülüb"
  • Mahal
  • 19 İyun 2019 23:46
  •  2 236

Mingəçevirdəki yanğın söndürüldü - Yenilənib

"Yanğın mühafizə hissələri tərəfindən söndürülüb"

Bu gün axşam saat 21:00 radələrində Mingəçevir su anbarının yaxınlığında baş verən yanğın söndürülüb.

Bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, yanğın Mingəçevir su anbarı ətrafındakı dağın ətəyində 5 hektara yaxın quru ot sahəsini əhatə edib:

"Bu gün axşam saat 9 radələrində Mingəçevir su anbarının ətrafındakı dağın ətəyində 5 hektarlıq quru ot sahəsi yanıb və yanğın mühafizə hissələri tərəfindən artıq söndürülüb".

***
20:40

Mingəçevir şəhərində ehtiyat su anbarının yaxınlığında güclü yanğın baş verib.

Bu barədə yerli sakinlər məlumat verib.

Bildirilib ki, Bozdağın ətəklərində başlayan yanğın su bəndinə doğru hərəkət edir.

Hadisə yerinə Mingəçevir şəhər dövlət yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.(report.az)

AzNews.az