Hadisə yerinə FHN-in yanğınsöndürənləri cəlb olunub Hadisə yerinə FHN-in yanğınsöndürənləri cəlb olunub
  • Mahal
  • 20 İyun 2019 12:32
  •  2 088

Ermənilərin törətdiyi yanğın təmas xəttindəki qəbiristanlığa keçdi - FOTO

Hadisə yerinə FHN-in yanğınsöndürənləri cəlb olunub

Ağdamda qəbiristanlıqda yanğın başlayıb.

Ermənilər işğal altındakı Baş Qərvənd kəndində törətdiyi yanğın neytral ərazini keçərək təmas xəttində yerləşən Qərvənd kənd məzarlığının yanmasına səbəb olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub.

Ərazi düşmənin müşahidəsi altında olduğu üçün yanğının söndürülməsində çətinliklər yaranıb. (APA)