Uşaqlar evdən sərinlənmək məqsədilə çıxıblar Uşaqlar evdən sərinlənmək məqsədilə çıxıblar
  • Mahal
  • 22 İyun 2019 10:08
  •  1 797

Qobustanda iki uşaq süni göldə boğuldu

Uşaqlar evdən sərinlənmək məqsədilə çıxıblar

Qobustan rayonunda iki uşaq göldə boğulub.

Hadisə rayonun Acıdərə adlı ərazisində yeni yaradılan süni göldə qeydə alınıb.

Yaxınlıqda yaşayan uşaqlar evdən sərinlənmək məqsədilə çıxıblar. Ailələrinin axtarışından sonra məlum olub ki, hər ikisi həmin göldə yuyunarkən boğulub.

Axşam saatlarında onların cansız bədəni sudan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır. (Oxu.az)