Astarada maşın körpüdən aşdı - Yaralılar var

Faktla bağlı araşdırma aparılır

Astara rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə ötən gecə Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Astara rayonu ərazisində olub.

1994-cü il təvəllüdlü Röyal Əlizadənin idarə etdiyi "Mercedes" markalı maşın yol qovşağı üzərindəki körpüdən aşağı aşıb. Nəticədə avtomobilin sərnişinləri - 1962-ci il təvəllüdlü Astara şəhər sakini - Cəfərova Yektarə İslam qızı, 1992-ci il təvəllüdlü Cəfərli Ağabəyim İlham oğlu və 1994-cü il təvəllüdlü Cəfərli Abdulla İlham oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar. Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralıların ikisinin də qol nahiyəsi gipsə salınıb və onlar bu gün səhər evə buraxılıblar. Vəziyyəti daha ağır olan Yektarənin müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.(report.az)

AzNews.az