İlkin ehtimala görə, tələbələri gün vurub İlkin ehtimala görə, tələbələri gün vurub
  • Mahal
  • 24 İyun 2019 15:15
  •  3 807

Lənkəranda imtahanda 7 tələbənin halı pisləşdi - Yenilənib

İlkin ehtimala görə, tələbələri gün vurub

Lənkəran Dövlət Universitetində imtahan zamanı halı pisləşən 7 nəfər tələbənin şəxsiyyəti məlum olub.

İlkin ehtimala görə, tələbələri gün vurub.

Halı pisləşən tələbələr Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

1. Kərimli Ulduz Elçin qızı 2000-ci il, Yardımlı reanimasiya

2. Əzizova Qumral Cahangir qızı 1999-cu il İmişli reanimasiya

3. Rzazadə Ləman Səfər qızı 2000-ci il, Biləsuvar reanimasiya

4. Cəlilova Ədilə Şamil qızı 1998-ci il, Şabran reanimasiya

5. Nəzərova İlahə Namik qızı 1997-ci il, Bakı reanimasiya

6. İbrahimova Aygün Fizuli qızı 1999-cu il, Cəlilabad

7. Ağazadə Ülviyyə Mübariz qızı 1998-ci il, Bərdə evə buraxılıb

Son məlumata görə digər tələbələrin də vəziyyəti stabilləşib.

***
14:58

Lənkəran rayonunda 7 tələbənin imtahanda halı pisləşib.

Hadisə Lənkəran Dövlət Universitetində (LDU) imtahan sessiyası zamanı qeydə alınıb.

Belə ki, ali təhsil müəssisəsində maliyə və iqtisadiyyat ixtisasları üzrə qiyabi təhsil alan II kurs tələbəsi - Yardımlı rayon sakini, 2000-ci il təvəllüdlü Ulduz Elçin qızı Kərimlinin halı pisləşib. Ona ilkin tibbi yardım göstərildikdən sonra təcili yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Bundan sonra LDU-nun daha 6 qiyabi təhsil alan tələbəsi xəstəxanaya müraciət edib.

LDU-nun sosial məsələlər üzrə prorektoru Kamran Kazımov bildirib ki, ali təhsil müəssisəsindən halı pisləşən ilk tələbə üçün təcili yardım çağırılıb: "Digər 3 tələbə müəllimlərin köməyilə xəstəxanaya aparılıb. Daha 3 tələbə isə xəstəxanaya özləri müraciət ediblər. Onların müayinə və müalicəsi nəzarətimizdədir. Artıq bir nəfər evə buraxılıb".(report.az)

AzNews.az