Faktla bağlı araşdırma aparılır Faktla bağlı araşdırma aparılır
  • Mahal
  • 25 İyun 2019 16:10
  •  2 038

Sürücü təkər təmirinin badına getdi

Faktla bağlı araşdırma aparılır

Sabirabadda 51 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

Hadisə rayonun Poladtoğay kəndində baş verib.

Kənd sakini, 1968-ci il təvəllüdlü Məmmədov Asəf Əlihüseyn oğlu idarə etdiyi yük maşınının sıradan çıxmış təkərini təmir edən zaman metal parçası yerindən çıxaraq ona çırpılıb.

Ağır xəsarət alan sürücü Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. İlk tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğundan Bakıya göndərilib. Lakin o, dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.(oxu.az)

AzNews.az