Faktla bağlı araşdırmalar davam etdirilir Faktla bağlı araşdırmalar davam etdirilir
  • Mahal
  • 27 İyun 2019 16:41
  •  1 904

Biləsuvarda yol qəzasına düşənlərdən biri xəstəxananın şöbə müdiridir - Yenilənib

Faktla bağlı araşdırmalar davam etdirilir

Biləsuvar rayonunda baş verən ağır yol qəzasında ölən və yaralananların şəxsiyyəti məlum olub.

Rayonun İsmətli kənd sakini, 1996-ci il təvəllüdlü Məmmədov Asim Rasim oğlunun idarə etdiyi “VAZ-21015” markalı avtomobil həmkəndlisi, 1955-ci il təvəllüdlü Şakir İnşallah oğlu Dövlətovun idarə etdiyi “Lada Priora” markalı avtomobillə toqquşub.

Nəticədə rayon sakinləri - “VAZ-21015” markalı avtomobildə olan 1944-cü il təvəllüdlü Şükufə Qəhrəman qızı Tağıyeva və 1961-ci il təvəllüdlü Hüseynova Güllübəyim Mehdi qızı hadisə yerində ölüblər. Onların meyitləri Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qəzada xəsarət alaan hər iki sürücü və İsmətli kənd sakinləri - 1993-cü il təvəllüdlü Tağızadə Araz Əsəd oğlu və 1979-cu il təvəllüdlü Əliyeva Məlahət Qurban qızı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, “Lada Priora” markalı avtomobilin sürücüsü, Şakir Dövlətov Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Terapiya şöbəsinin müdiridir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***
15:30

Biləsuvar rayonunda ağır yol qəzası baş verib.

Hadisə nəticəsində iki nəfərin öldüyü bildirilir.

Hazırda hadisənin təfərrüatı və ölən şəxslərin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.(report.az)

AzNews.az