Yanğının söndürülməsinə DYMX-nın 11 texnikası cəlb edilib Yanğının söndürülməsinə DYMX-nın 11 texnikası cəlb edilib
  • Mahal
  • 16 İyul 2019 09:12
  •  1 139

Sabirabad Mərkəzi bazarında yanğın söndürüldü - FHN məlumat yaydı

Yanğının söndürülməsinə DYMX-nın 11 texnikası cəlb edilib

Fövqəladə Hallar Nazirliyi Sabirabad Mərkəzi bazarında baş verən yanğınla bağlı məlumat yayıb.

FHN-nin saytına istinadən verilən xəbərə görə, 16.07.2019-cu il tarixində səhər saatlarında Fövqəladə Hallar Nazirliyinə Sabirabad şəhərində Mərkəzi bazarın ərazisində yanğın olması barədə məlumat daxil olub.

İlkin məlumata əsasən, yanğın nəticəsində bazarın ərazisində iki mağaza və piştaxtalar 1300 m2 sahədə yanıb.

Yanğının söndürülməsinə DYMX-nın 11 texnikası cəlb edilib.

Yanğın saat 08:02 dəqiqədə yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Bitişik mağazalar və bazarın qalan ərazisi yanğından mühafizə olunub.

Əlavə məlumat veriləcək. (APA)