Avtomobil yolunun ümumi eni 15 metr təşkil edir Avtomobil yolunun ümumi eni 15 metr təşkil edir
  • Mahal
  • 18 İyul 2019 12:24
  •  2 076

Şirvan-Salyan avtomobil yolu yenidən qurulur - FOTO

Avtomobil yolunun ümumi eni 15 metr təşkil edir

Şirvan-Salyan avtomobil yolu yenidən qurulur.

AzNews.az xəbər verir ki, bu barədə Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Qurum qeyd edib ki, yolun torpaq yatağında, həmçinin örtükdə qabarma və dağılmalar yaranmışdı və yüksək keyfiyyətlə aparılan yenidənqurma işləri ilə bu problem aradan qaldırılır:

“Uzunluğu 31 km olan Şirvan-Salyan avtomobil yolu Salyan və Şirvan rayonları arasında yerləşir. Yenidən qurulan avtomobil yolunun ümumi eni 15 metr təşkil edir. Bura 7.5 metr enində hərəkət hissə, və hər bir sitiqamət üzrə çiyinlərin eni bərkidici zolaqla bərabər 3.75 metr təşkil edəcək. Layihə çərçivəsində yolun normativ eninin alınması üçün zəruri olan yerlərdə genilədirmə işləri aparılıb, yolun deformasiyaya uğramiş yatağı qazılaraq çıxarılıb, genişləndirilmiş və qazılaraq çıxarılmış ərazilərə yararlı qrunt tökülərək yayılıb və kipləşdirilib. Torpaq yatağı hazır olan hissələrdə yol əsasının inşası və asfaltlanma işləri aparılır. 3 laydan ibarət asfalt-beton örtüyü ümumilikdə yolun 280 min kv.m-dən çox sahəsinə döşənəcək. Layihəyə uyğun olaraq yol boyu mövcud suötürücü borular köhnəlib sıradan çıxdığı üçün yenilərinin inşası aparılır. Bunun üçün yola müxtəlif diametrlərə malik 29 ədəd suötürücü dəmir-beton borular quraşdırılır, yolun 15.4-cü km-də suötürücü qurğu inşa edilir”.

Bundan başqa tikinti işləri çərçivəsində avtobus dayanacaqları inşa ediləcək, yolda hərəkətin normal təşkili üçün zəruri olan hissələrdə yol nişanı və məlumatverici lövhə, km göstəricisi və siqnal dirəyi quraşdırılacaq, yolcızgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılacaq.

Bahar RÜSTƏMLİ

AzNews.az