Yaralılar Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib Yaralılar Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib
  • Mahal
  • 10 Avqust 2019 21:32
  •  2 292

Göyçayda 2 avtomobil toqquşdu: 7 nəfər xəsarət aldı - YENİLƏNİB

Yaralılar Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib

Göyçayda baş bermiş yol qəzası nəticəsində xəsarət alan şəxslərdən biri dünyasını dəyişib.

Bu barədə xəstəxanadan bildirilib.

Hadisə zamanı xəsarət alan 7 nəfər xəstəxanaya çatdırılsa da, onlardan biri yolda keçinib.

Yaralıların və ölən şəxsin kimliyi dəqiqləşdirilir.

Saat 21:04

Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Avtoqəza rayonun Bığır kəndində qeydə alınıb.

Bildirilir ki, kənd sakinləri Xəyal Məmmədov və Bulud Abışovun idarə etdiyi iki "VAZ 21011" markalı minik maşınlarının toqquşması nəticəsində 7 nəfər xəsarət alıb. Yaralılar Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb. (APA)