Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb
  • Mahal
  • 10 Avqust 2019 21:30
  •  2 620

Salyanda yol qəzası - 1 uşaq öldü, 2 nəfər yaralandı

Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb

Salyan rayonunda 1 nəfərin ölümü, 2-nin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə yeni Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

"BMV" və “VAZ-2106” markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Bunlar Yardımlı rayon sakinləri - 1991-ci il təvəllüdlü Bağırova İntizar Ədalət qızı, 1990-cı il təvəllüdlü Yarıyev Coşqun İltifat oğlu və 2010-cu il təvəllüdlü Yarıyev Sadiq Coşqun oğludur.

Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq S.Yarıyevin həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır. (Report)