Onların hamısı bir ailənin üzvü olub Onların hamısı bir ailənin üzvü olub
  • Mahal
  • 10 Avqust 2019 21:35
  •  2 116

4 nəfər qarpızdan zəhərləndi - Mingəçevirdə

Onların hamısı bir ailənin üzvü olub

Mingəçevirdə bir ailənin 4 üzvü qarpızdan zəhərlənib.

Hadisə Günəş küçəsi 84 ünvanında baş verib.

Belə ki, süfrə başında qarpız yeyən bir ailənin 4 üzvünün halı pisləşib və zəhərləndikləri məlum olub.

Zəhərlənən şəxslər - 1960-cı il təvəllüdlü Şərifov Eldar Şərif oğlu, 1987-ci il təvəllüdlü Şərifova Tünzalə Arif qızı, 1966-cı il təvəllüdlü Şərifova İlhamə Fariz qızı və 1937-ci il təvəllüdlü Fəridə Kərimova dərhal xəstəxanaya yerləşdirilib. (APA)