Naxçıvan Beynəlxalq Hava Limanının mətbuat xidməti məlumat yayıb Naxçıvan Beynəlxalq Hava Limanının mətbuat xidməti məlumat yayıb
  • Mahal
  • 16 Avqust 2019 10:30
  •  1 910

Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir

Naxçıvan Beynəlxalq Hava Limanının mətbuat xidməti məlumat yayıb

Beynəlxalq Mülki Aviasiya Təşkilatının qəbul etdiyi qərara əsasən, avqustun 15-dən etibarən Naxçıvan Muxtar Respublikasının Türkiyə üzərindən birbaşa hava dəhlizi açılıb.

Naxçıvan Beynəlxalq Hava Limanının mətbuat xidmətindən bildirilib ki, artıq Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir.

Yeni hava dəhlizinin açılması muxtar respublika üçün bir çox cəhətdən əhəmiyyətlidir.

İlk növbədə, Naxçıvan Muxtar Respublikasının bu hava dəhlizi vasitəsilə Türkiyə üzərindən beynəlxalq dəhlizlərə çıxışı təmin ediləcək.

Digər tərəfdən isə beynəlxalq reyslər həyata keçirilərkən vaxta və yanacağa qənaət olunacaq.

Bütün bunlarla yanaşı, Türkiyə üzərindən hava dəhlizinin açılması gələcəkdə yeni beynəlxalq reyslərin reallaşmasına və Naxçıvan Muxtar Respublikasının turizm imkanlarının daha da genişlənməsinə töhfə verəcək.