Faktla bağlı araşdırma aparılır Faktla bağlı araşdırma aparılır
  • Mahal
  • 17 Avqust 2019 13:39
  •  1 782

Tərtər sakini yol qəzasında öldü

Faktla bağlı araşdırma aparılır

Tərtərdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, avqustun 16-da saat 23 radələrində rayonun Sarov kəndi ərazisində Bəyimsarov kənd sakini M.Orucov idarə etdiyi “VAZ-2109” markalı avtomobillə yolu keçən həmkəndlisi Raul Hümbətlini vurub.

Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Faktla bağlı Tərtər Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.