Faktla bağlı Siyəzən Rayon Polis Şöbəsində araşdırma aparılır Faktla bağlı Siyəzən Rayon Polis Şöbəsində araşdırma aparılır
  • Mahal
  • 21 Avqust 2019 10:16
  •  2 138

Siyəzəndə ağır qəza - 8 nəfər...

Faktla bağlı Siyəzən Rayon Polis Şöbəsində araşdırma aparılır

Siyəzəndə 8 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Siyəzən Rayon Polis Şöbəsindən verilən məlumata görə, rayonun Eynibulaq kənd sakini 1994-cü il təvəllüdlü Mirnağı Həşimovun idarə etdiyi "VAZ 2107" markalı avtomobillə Siyəzən şəhər sakini, 1978-ci il təvəllüdlü Seymur Quliyevin idarə etdiyi "Opel" markalı avtomobil toqquşub. Nəticədə, ümumilikdə 8 nəfər xəsarət alıb. Onlar Siyəzən Regional Müalicə Dioqnostika Mərkəzinə çatdırılıb.

Yaralılardan 6 nəfərin xəsarəti yüngül olduğundan ilk tibbi yardım göstərildikdən sonra evə buraxılıb. "VAZ 2107"nin sürücüsü Mirnağı Həşimovun və sərnişininin xəsarətləri ağır olduğundan mərkəzə yerləşdiriliblər.

Faktla bağlı Siyəzən Rayon Polis Şöbəsində araşdırma aparılır.(report.az)

AzNews.az