Bu haqda məlumatı FHN yayıb Bu haqda məlumatı FHN yayıb
  • Mahal
  • 24 Avqust 2019 12:17
  •  1 867

Şəki və Xızı dağlarında baş verən yanğın söndürüldü - YENİLƏNİB

Bu haqda məlumatı FHN yayıb

Şəkidə daha bir dağlıq ərazidə baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, avqustun 23-də Şəki rayonunun Kosalı kəndi yaxınlığında dağlıq zonada yerləşən meşəətrafı ərazidə kol-kos, quru ot və biçilmiş taxıl sahəsində başlamış yanğın Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən tam söndürülüb.

Saat 09:24

Şəki və Xızının dağlıq ərazilərində baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Şəki rayonunun Təpəcənnət kəndində dağlıq ərazidə 200 ha sahədə kol-kos və quru ot yanıb. Yaxınlıqdakı meşə massivi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan başqa Xızı rayonunun Fındığan kəndində dağlıq ərazidə 60 ha quru ot və kol-kos yanıb. Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.