Yaralıların müalicəsi travmatologiya şöbəsində davam etdirilir Yaralıların müalicəsi travmatologiya şöbəsində davam etdirilir
  • Mahal
  • 11 Sentyabr 2019 16:17
  •  2 233

Xaçmaz-Xudat yolunda qəza - 5 nəfər xəsarət aldı, 2-si uşaqdır

Yaralıların müalicəsi travmatologiya şöbəsində davam etdirilir

Xaçmaz-Xudat yolunda baş verən yol qəzası zamanı 5 nəfər xəsarət alıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən yaralıların vəziyyəti orta-ağır qiymətləndirilir.

Hazırda yaralıların müalicəsi travmatologiya şöbəsində davam etdirilir.

13:48

Xaçmaz-Xudat yolunda baş verən yol qəzasında xəsarət alan şəxslərin kimliyi məlum olub.

Bunlar 1963-cü il təvəllüdlü Tofik Məmmədrza oğlu Axundov, 1988-ci il təvəllüdlü Raziyyə Beybut qızı Axundova, 2014-cü il təvəllüdlü Nuray Mahir qızı Axundova, 2017-ci il təvəllüdlü Nilay Mahir qızı Axundova və 1999-cu il təvəllüdlü Allahverdi Behbudovdur.

13:11

Xaçmaz-Xudat yolunda yol qəzası baş verib.

Hadisə nəticəsində 2-si uşaq olmaqla 5 nəfər xəsarət alıb.

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (Report)

AzNews.az