Yaxın vaxtlarda məktəb üçün yeni korpus tikilərək şagirdlərin ixtiyarına veriləcək Yaxın vaxtlarda məktəb üçün yeni korpus tikilərək şagirdlərin ixtiyarına veriləcək
  • Mahal
  • 16 Sentyabr 2019 15:26
  •  1 073

Hadisə baş verən sinif bağlıdır - Goranboy RİH-dən açıqlama

Yaxın vaxtlarda məktəb üçün yeni korpus tikilərək şagirdlərin ixtiyarına veriləcək

Goranboy Rayon İcra Hakimiyyəti (İH) Boluslu kəndində orta məktəbdə baş verən hadisə ilə bağlı açıqlama verib.

Goranboy rayon icra başçının birinci müavini Ceyhun Həsənov bildirib ki, hadisə ötən gecə baş verib:

"Orada əslində tavan deyil, sadəcə xırda bir taxta mismarlarından çıxaraq qopub. Hazırda hadisə baş vermiş otağın qapısı bağlıdır və şagirdlərin içəriyə girişi qadağan edilib".

C.Həsənov əlavə edib ki, məktəbin binası köhnədir və yaxın vaxtlarda məktəb üçün yeni korpus tikilərək şagirdlərin ixtiyarına veriləcək. (Trend)