Günorta saat 12:00 radələrindən sonra ondan heç bir xəbər alınmayıb Günorta saat 12:00 radələrindən sonra ondan heç bir xəbər alınmayıb
  • Mahal
  • 17 Sentyabr 2019 10:50
  •  1 022

38 yaşlı kişi yoxa çıxdı - Lənkəranda

Günorta saat 12:00 radələrindən sonra ondan heç bir xəbər alınmayıb

Lənkəranda 38 yaşlı kişi itkin düşüb.

1981-ci il təvəllüdlü Məmmədov Raman Nadir oğlu Lənkəran bazarı yaxınlığında “VAZ 21014” markalı avtomobilə minərək evə gedəcəyini deyib.

Lakin günorta saat 12:00 radələrindən sonra ondan heç bir xəbər alınmayıb.

Bu barədə hüquq-mühafizə orqanlarına onun həyat yoldaşı Məmmədova Günay Nəhmətulla qızı məlumat verib.

Faktla bağlı araşdırma aparılır.