“Yazıda qeyd olunub ki, əhaliyə texniki su verilir. Bu, tamamilə yalandır, əhaliyə su süzülərək, göz yaşı kimi dupduru verilir “Yazıda qeyd olunub ki, əhaliyə texniki su verilir. Bu, tamamilə yalandır, əhaliyə su süzülərək, göz yaşı kimi dupduru verilir
  • Mahal
  • 19 Sentyabr 2019 11:28
  •  1 227

“Azərsu” Şamaxıda içməli su probleminə aydınlıq gətirdi - Reaksiya

“Yazıda qeyd olunub ki, əhaliyə texniki su verilir. Bu, tamamilə yalandır, əhaliyə su süzülərək, göz yaşı kimi dupduru verilir

“Şamaxıda su mənbəyi Pirsaatçayda quraşdırılmış drenaj tipli su qəbuledicisidir. Payız-qış aylarında Şamaxıda su təchizatı normal olur, yayda çatışmazlıq yaranır.

Əsasən Şamaxının yüksək nöqtələrində yaşayan insanlara bizim su maşınlarımız içməli su çatdırır, eyni zamanda su satan sahibkarlar da var”.

Bu sözləri “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Şamaxıda içməli su problemi ilə bağlı yazdıqlarımıza münasibət bildirərkən dedi.

Onun sözlərinə görə, “Azərsu” ASC Şamaxıda su qıtlığını aradan qaldırmaq üçün hökumətə təklif verib:

“Prezidentin göstərişi ilə alternativ su mənbəyinin yaradılması işi həyata keçirilir. Artıq layihənin 80 faizi icra olunub.
Belə ki, Ağsuçayın məcrasında yeni üfüqi su qəbuledici qurğular tikirik. Eyni zamanda həmin su mənbəyində həcmi 500 kubmetr olan iki su anbarı və nasos stansiyasısı tikmişik.

Bundan başqa, Ağsuçaydan 20 kilometr uzunluğunda magistral su kəməri tikintisi başa çatıb, artıq istifadəyə veriləcək və Şamaxıda növbəti yay içməli su problemi olmayacaq, əhali fasiləsiz su ilə təmin ediləcək”.

A.Cəbrayıllı qeyd etdi ki, Şamaxı su idarəsinin rəisi ilə də danışıb: “Yazıda qeyd olunub ki, əhaliyə texniki su verilir. Bu, tamamilə yalandır, əhaliyə su süzülərək, göz yaşı kimi dupduru verilir.

Şamaxıda icra hakimiyyətinə, məktəblərdə, evlərə, inzibati binalara eyni təmiz su verilir, keyfiyyətində heç bir problem yoxdur və texniki su olması həqiqətdən uzaqdır.

Çünki Şamaxıya verilən su laboratoriya tərəfindən nəzarətdədir. Mütəmadi olaraq su götürülür, mərkəzi laboratoriyamızda yoxlanır və keyfiyyəti normalara uyğundur”. (Musavat.com)