39 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb 39 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb
  • Mahal
  • 24 Sentyabr 2019 10:41
  •  1 500

Nazirlikdən Şamaxıdakı qəza ilə bağlı açıqlama - 1 ölü, 1 yaralı var

39 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb

Səhiyyə Nazirliyi Şamaxıda baş verən ağır yol nəqliyyat hadisəsi zamanı xəsarət alanların səhhətinə aydınlıq gətirib.

AzNews.az xəbər verir ki, qəza nəticəsində iki kişi (39, 31 yaş ) ağır xəsarət alaraq kritik vəziyyətdə Şamaxı MRX-ya çatdırılıb:

“Ağır kəllə beyin travması ilə xəstəxanaya gətirilən 39 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb. Kritik vəziyyətdə olan digər yaralının vəziyyəti bir qədər stabilləşdirildikdən sonra onu paytaxtda yerləşən özəl klinikalardan birinə köçürmək qərarına gəliblər. Hazırda müalicəsi özəl klinikada davam etdirilir”.

Bahar RÜSTƏMLİ

AzNews.az