Beyləqan RPŞ tərəfindən araşdırma aparılır Beyləqan RPŞ tərəfindən araşdırma aparılır
  • Mahal
  • 5 Oktyabr 2019 15:45
  •  1 347

Bir yaşlı körpə qəzada həyatını itirdi

Beyləqan RPŞ tərəfindən araşdırma aparılır

Beyləqan rayonunun Daşburun qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, oktyabrın 4-də saat 18 radələrində Beyləqan rayonunun Daşburun qəsəbəsi ərazisində Beyləqan şəhər sakini R.Şahkərəmlinin idarə etdiyi “Mercedes” və Yeni Mil qəsəbə sakini A.Məhərrəmovun idarə etdiyi “VAZ-2109” markalı avtomobillər toqquşub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş A.Məhərrəmovun sərnişinlərindən 1 yaşlı qızı Aysun orada ölüb.

Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.

AzNews.az