Axtarışa Aviasiya dəstəsinin 1 ədəd helikopteri cəlb edilib Axtarışa Aviasiya dəstəsinin 1 ədəd helikopteri cəlb edilib
  • Mahal
  • 17 Oktyabr 2019 13:56
  •  2 028

İtkin düşən balıqçı ilə bağlı yeni məlumat yayıldı - VİDEO

Axtarışa Aviasiya dəstəsinin 1 ədəd helikopteri cəlb edilib

10 gün öncə Xəzər dənizində itkin düşmüş 4 balıqçıdan sonuncunun axtarışları davam etdirilir.

AzNews.az FHN-ə istinadən xəbər verir ki, dənizdə itkin düşən balıqçıların axtarışlarına Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi dalğıc axtarış qrupu və Aviasiya dəstəsinin 1 ədəd helikopteri cəlb edilib.

Qeyd edək ki, oktyabrın 8-i gecə saatlarında, Bakı şəhərinin Pirallahı rayonundan balıq tutmaq məqsədi ilə 4 balıqçı dənizə çıxıb və təyin olunan vaxtda geri qayıtmayıblar. Balıqçılardan 3-ü tapılsa da, birindən bu günə kimi xəbər çıxmayıb.

Bahar RÜSTƏMLİ

AzNews.az