70-dək çox vətəndaşa müxtəlif növ hüquqi yardım göstərilib 70-dək çox vətəndaşa müxtəlif növ hüquqi yardım göstərilib
  • Mahal
  • 19 Oktyabr 2019 14:03
  •  2 108

Sabirabad və ətraf rayonların əhalisinə pulsuz hüquqi yardım göstərildi - FOTOLAR

70-dək çox vətəndaşa müxtəlif növ hüquqi yardım göstərilib

Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlər göstərilməsinin təşkil edilməsi tövsiyə olunub.

Göstərilən tövsiyənin icrası ilə bağlı həyata keçirilən tədbirlərin davamı olaraq, 19 oktyabr tarixində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşəbbüsü ilə Sabirabad və ətraf rayonların əhalisinə ödənişsiz hüquqi yardım göstərilib.

"Femida" və 26 saylı Vəkil Bürosu tərəfindən Sabirabad rayonu Gənclər Mərkəzində 70-dək çox vətəndaşa müxtəlif növ hüquqi yardım göstərilib, onların problemləri ilə tanış olunub, müvafiq məsləhətlər verilib, həmin məsələlərlə bağlı müxtəlif dövlət və qeyri-dövlət qurumlarına ərizə və şikayətlər yazılıb.

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən gələcəkdə bu cür tədbirlərin Respublikanın digər regionlarında da təşkil olunub keçirilməsi nəzərdə tutulub.(barassociation.az)

AzNews.az

image description image description image description image description image description