Balaca oğlan tövlədə yaşayıb və xəstəliyi də oradan başlayıb Balaca oğlan tövlədə yaşayıb və xəstəliyi də oradan başlayıb
  • Mahal
  • 4 Noyabr 2019 09:54
  •  2 263

Ağdaşda atalığından şiddət görən 11 yaşlı uşaq qəbiristanlıqda gizlənib - VİDEO

Balaca oğlan tövlədə yaşayıb və xəstəliyi də oradan başlayıb

Atalığından şiddət görən 11 yaşlı uşaq qorxusundan qəbiristanlıqda məskən salıb.

AzNews.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə yazıb:

“Bir xanımın müraciəti ilə Ağdaş rayonu Məşəd kəndinə getdim. 11 yaşlı oğlanın adı Poladdır. Səfil şəraitdə yaşayan Polad xəstədir. Başının yaraları gündən-günə artır. Qonşuların dediyinə görə atalığı onu təhsildən yayındırıb, günü 7 manata heyvan otartdırıb, balaca oğlan tövlədə yaşayıb və xəstəliyi də oradan başlayıb. Atalığı tərəfindən şiddət görür, dəfələrlə qaçıb qəbiristanlıqda gizlənib. Anası həkimə müraciət etdiyində "mən cibimdən pul verib uşağını müalicə edəsi deyiləm ki" cavabını alıb. Uşaq çox ağır durumdadır, ac, səfil, xəstə, baxımsız və şiddət görür”.

Kəmalə Ağazadə qeyd edib ki, Ağdaş İcra Hakimiyyəti yanında aidiyyatı komissiya bugünədək onun durumunu nə görüb, nə qiymətləndirib: “Bir sözlə görməməzlikdən gəlmə modundadır. Xəstəxana müalicə etməkdən imtina edir, çünki pulu yoxdur. Ağdaş Təhsil İdarsəsi maraqlanmır ki, bir azyaşlı təhsildən niyə yayınıb. Ana dediyim adam da uşaq böyütmək əvəzinə 11 yaşlı Poladı və daha 1 yaşlı Adəmi bir şərəfsiz atanın "sevgisinə" qurban verib”.

Bahar RÜSTƏMLİ

AzNews.az