Mərhumun meyiti oğlu tərəfindən aşkarlanıb Mərhumun meyiti oğlu tərəfindən aşkarlanıb
  • Mahal
  • 14 Noyabr 2019 10:23
  •  2 824

“Ceyran peçi” can aldı

Mərhumun meyiti oğlu tərəfindən aşkarlanıb

Quba sakini evində dəm qazından zəhərlənərək ölüb.

Rayon sakini Cəbrayılov Mirzəbaba Əbilfəz oğlu noyabrın 12-si, saat 03:00 radələrində evində kustar üsulla quraşdırılmış təbii qazla işləyən “ceyran peçi” kimi tanınan sobanın boru hissəsindən evə sızan dəm qazından zəhərlənib.

Mərhumun meyiti oğlu tərəfindən aşkarlanıb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır. (oxu.az)

AzNews.az