Qaradağda iki maşın toqquşdu - Ölən və yaralanan var

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır

Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, dekabrın 1-də saat 17 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində Bakı şəhər sakini N.Əmirov idarə etdiyi “Mercedes” markalı avtomobili qarşıda gedən paytaxt sakini O.Misirovun idarə etdiyi “Hyundai” markalı avtomobilə vurub.

Nəticədə O.Misirovun sərnişini, paytaxt sakini Elçin Əzizov hadisə yerində ölüb, “Mercedes” markalı avtomobildəki sərnişin xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

AzNews.az