Faktla bağlı araşdırma aparılır Faktla bağlı araşdırma aparılır
  • Mahal
  • 4 Dekabr 2019 20:12
  •  1 933

35 yaşlı epilepsiya xəstəsi dərmandan zəhərlənib komaya düşdü

Faktla bağlı araşdırma aparılır

Mingəçevirdə qadın dərmandan zəhərlənib.

Hadisə Mingəçevir şəhəri, ev 11a, mənzil 27-də baş verib.

Həmin ünvanda yaşayan, 1984-cü il təvəllüdlü Əliyeva Ülviyyə Göygöz qızı uzun müddət epilepsiya xəstəliyindən əziyyət çəkdiyindən evində dərman qəbul edib.

Ü.Əliyeva "lamiktal" həbi atdıqdan sonra dərman zəhərlənmə verib. Anası Həqiqət Dadaşova Ü.Əliyevanı evində huşsuz vəziyyətdə aşkar edərək təcili tibbi yardım briqadası çağırıb.

Həkimlərin köməyi ilə Ü.Əliyeva komatoz vəziyyətdə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda xəstənin vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.(trend.az)

AzNews.az