Faktla bağlı araşdırma aparılır Faktla bağlı araşdırma aparılır
  • Mahal
  • 24 Dekabr 2019 20:59
  •  1 209

57 yaşlı kişini maşın vurdu - Vəziyyəti ağırdır

Faktla bağlı araşdırma aparılır

Lənkəran rayonunda avtomobil piyadanı vuraraq ağır xəsarət yetirib.

Hadisə köhnə Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində, “Kürə” deyilən ərazidə qeydə alınıb.

Belə ki, rayonun Xolmili kənd sakini, 1988-ci il təvəllüdlü Cavid Əflatun oğlu Əkbərov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən piyadanı, 1962-ci il təvəllüdlü Viyən kənd sakini Ağasəlim Ağahüseyn oğlu Əhmədovu vurub. Nəticədə A.Əhmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Sürücü yaralını Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Vəziyyəti ağır olan yaralı Reanimasiya şöbəsinə yerləşdirilib. Hadisəyə piyadanın sərxoş halda qəfildən nəqliyyat vasitəsinin qarşısına çıxmasının səbəb olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.(report.az)

AzNews.az