Hadisə rayonun Beşdam kənd yolunda qeydə alınıb Hadisə rayonun Beşdam kənd yolunda qeydə alınıb
  • Mahal
  • 27 Dekabr 2019 09:46
  •  1 428

Siyəzəndə avtomobil aşdı: sürücü öldü

Hadisə rayonun Beşdam kənd yolunda qeydə alınıb

Siyəzəndə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə dekabrın 26-da saat 22 radələrində, rayonun Beşdam kənd yolunda qeydə alınıb.

Belə ki, 1969-cu il təvəllüdlü Namiq Süleymanov etibarnamə ilə sürdüyü “Mitsubishi L200” markalı avtomobili ilə hərəkətdə olan zaman yolda idarəetməni itirib. Nəticədə avtomobil aşıb. N.Süleymanov hadisə yerində ölüb.

Faktla bağlı Siyəzən Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, ibtidai istintaq aparılır.

AzNews.az