“Hyundai” markalı minik avtomobili yol kənarındakı maneəyə çırpılıb “Hyundai” markalı minik avtomobili yol kənarındakı maneəyə çırpılıb
  • Mahal
  • 27 Dekabr 2019 13:34
  •  1 869

FNH Şirvanda 4 nəfərin ölümü ilə nəticələnən qəzadan danışıb

“Hyundai” markalı minik avtomobili yol kənarındakı maneəyə çırpılıb

Fövqəladə Hallar Nazirliyi Şirvan şəhərində 4 nəfərin ölümü ilə nəticələn yol qəzası ilə bağlı məlumat yayıb.

AzNews.az Nazirliyə əsasən xəbər verir ki, “Hyundai” markalı minik avtomobili yol kənarındakı maneəyə çırpılıb. Hadisə nəticəsində Şamilov Qadir dünyasını dəyişib.

Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1985-ci il təvəllüdlü Şamilov Qadir Cəfər oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xatırladaq ki, az öncə KİV-də Şirvanda avtomobilin beton sütuna çırpılması nəticəsində 4 nəfərin ölməyi ilə bağlı məlumat yayılmışdı. Ölənlərin 3-ünün qadın, 1-nin kişi olduğu bildirilirdi. Məlumata əsasən, Tərtər sakini olan həmin şəxslər Şirvana yas mərasiminə gedirlərmiş.

AzNews.az