Ərazidə təmizləmə işləri gedir Ərazidə təmizləmə işləri gedir
  • Mahal
  • 18 Fevral 2020 10:30
  •  2 751

"Sədərək"də yanğın söndürülüb: 28 mağaza yanıb - RƏSMİ

Ərazidə təmizləmə işləri gedir

"Sədərək" Ticarət Mərkəzində baş verən yanğın zamanı 28 mağaza tam yanıb.

AzNews.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında mərkəzin mətbuat katibi Mikayıl Qədimov bildirib. Onun sözlərinə görə, yanğın tam söndürülüb: "Yanğın hadisəsi tam söndürülüb, tüestüdən zəhərlənmə ilə bağlı bir neçə nəfərə ilkin tibbi yardım göstərilib. Hadisə nəticəsində yanan mağazalardakı mallar əsasən pərdə və parçalardır".

M. Qədimov bildirib ki, hazırda ərazidə təmizləmə işləri gedir.

Xatırladaq ki, bu gün səhər saatlarında "Sədərək" Ticarət Mərkəzinin 1-ci zona, 9-cu sırasında qəfil yanğın baş verib.