Dərinliyi 5 km olan zəlzələ hiss olunmayıb Dərinliyi 5 km olan zəlzələ hiss olunmayıb
  • Mahal
  • 18 Fevral 2020 18:04
  •  2 748

Şamaxıda yenə zəlzələ oldu

Dərinliyi 5 km olan zəlzələ hiss olunmayıb

Şamaxı rayonunda daha bir zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) AzNews.az-a verilən məlumata görə, yeraltı təkan ilkin məlumatlara əsasən, yerli vaxtla saat 17:21-də Qobustan stansiyasından 34 km cənub-qərbdə Şamaxı rayonunda qeydə alınıb.

Maqnitudası 3.1, dərinliyi 5 km olan zəlzələ hiss olunmayıb.

Qeyd edək ki, bundan əvvəl fevralın 16-da Şamaxı və Lənkəran-Lerik sərhədində zəlzələ qeydə alınmışdı. RSXM-in yaydığı məlumatda bildirilib ki, hər iki təkanda dərinlik Yer səthinə yaxın olub. Şamaxıda dərinlik 4 kilometr, Lənkəran-Lerik sərhədində 10 kilometr olub.