Prezident Neftçalaya yeni icra başçısı təyin etdi - SƏRƏNCAM

Məlumatı Prezidentin Mətbuat Xidməti yayıb

Mirhəsən Mirheydər oğlu Seyidov Neftçala Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

AzNews.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

M.Seyidov Azərbaycan Milli Karate Federasiyasının baş katibi, "İrəli" İctimai Birliyinin sədridir.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) fevralın 20-də Neftçala rayonunda əməliyyat keçirib, 6 vəzifəli şəxs saxlanılıb. Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Prezident İlham Əliyevin sərəncamı ilə İsmayıl Məhərrəm oğlu Vəliyev Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.