Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb
  • Mahal
  • 2 İyul 2020 15:00
  •  5 283

Azərbaycanda vəzifəli şəxs koronavirusdan öldü

Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb

Kürdəmir rayonunda icra nümayəndəsi vəfat edib.

Kürdəmir Rayon İcra Hakimiyyətinin Topalhəsənli kənd üzrə İcra nümayəndəsi 59 yaşlı Rəsulov Rasim Aydın oğlunun qəfildən halı pisləşib. Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılan R.Rəsulovun qanında şəkərin miqdarının artdığı məlum olub.

Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Ondan koronavirusa yoluxma halının müəyyənləşdirilməsi ilə əlaqədar test götürülüb. Test analizinin cavabı hələlik olmasa da, mərhumun koronavirus infeksiyasına yoluxduğu və bu xəstəlikdən dünyasını dəyişdiyi ehtimal olunur.

R.Rəsulovun cənazəsi polisin nəzarəti altında birbaşa qəbiristanlığa aparılaraq dəfn olunacaq.

Qeyd edək ki, R.Rəsulov 10 ilə yaxındır bu vəzifədə çalışırdı. (Report)

AzNews.az