Top mərmisinin qalıqlarının ətrafında 70 kv.m əraziyə yerüstü baxış keçirilib Top mərmisinin qalıqlarının ətrafında 70 kv.m əraziyə yerüstü baxış keçirilib
  • Mahal
  • 16 İyul 2020 23:57
  •  3 919

Tovuzda ermənilərin top mərmisinin qalıqları aşkarlandı

Top mərmisinin qalıqlarının ətrafında 70 kv.m əraziyə yerüstü baxış keçirilib

Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 11:06-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Tovuz rayonu, Dondar Quşçu kəndi ərazisində 1 ədəd mərminin düşməsi barədə məlumatlar daxil olub.

ANAMA-dan AzNews.az-a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Tovuz rayon Polis Şöbəsinin əməkdaşları əraziyə göndərilib və birlikdə ərazidə 1 ev və həyətyanı sahəyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələri tərəfindən atılmış və partlamış 122 mm-lik top mərmisinin (OF-56-1) qalıqları aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmisinin qalıqlarının ətrafında 70 kv.m əraziyə yerüstü baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.