Bununla bağlı qərar COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla qəbul edilib Bununla bağlı qərar COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla qəbul edilib
  • Mahal
  • 17 İyul 2020 21:48
  •  5 302

Lənkəran və Samuxda sərtləşdirilmiş xüsusi karantin rejimi ləğv edilir

Bununla bağlı qərar COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla qəbul edilib

Lənkəran şəhərində və Samux rayonunda iyulun 20-dən etibarən sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunmayacaq.

AzNews.az xəbər verir ki, bununla bağlı qərar COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla qəbul edilib.

Xatırladaq ki, Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında isə mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 5 avqust saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi davam edəcək.