Sərəncam Sərəncam
  • Mahal
  • 30 İyul 2020 15:05
  •  3 272

Prezident Oğuz-Şəki avtomobil yolunun tikintisinə 10 milyon manat ayırdı

Sərəncam

Prezident İlham Əliyev Qaraməryəm–İsmayıllı–Şəki avtomobil yolunun Oğuz–Şəki hissəsinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

AzNews.az xəbər verir, sərəncamla Qaraməryəm–İsmayıllı–Şəki avtomobil yolunun Oğuz–Şəki hissəsinin yenidən qurulması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 10 milyon manat ayrılıb.