Valideynlərin vəziyyəti orta ağır, uşaqların isə normal qiymətləndirilir Valideynlərin vəziyyəti orta ağır, uşaqların isə normal qiymətləndirilir
  • Mahal
  • 4 Yanvar 2021 09:27
  •  5 336

Bir ailənin 4 üzvü qəzada xəsarət aldı

Valideynlərin vəziyyəti orta ağır, uşaqların isə normal qiymətləndirilir

Göygöldə yük və minik avtomobilləri toqquşub.

AzNews.az-ın xəbərinə görə, yol-nəqliyyat hadisəsi zamanı minik avtomobilində olan bir ailənin 4 üzvü, 35 yaşlı Cavid Tağıyev, onun həyat yoldaşı 27 yaşlı Leyla Əsədli və onların övladları - 6 yaşlı Fatimə, 4 yaşlı Zeynəb xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Valideynlərin vəziyyəti orta ağır, uşaqların isə normal qiymətləndirilir.