3 nəfər xəsarət alıb 3 nəfər xəsarət alıb
  • Mahal
  • 21 Fevral 2021 16:55
  •  6 818

Şamaxıda avtomobil dərəyə aşıb

3 nəfər xəsarət alıb

Şamaxı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

AzNews.az xəbər verir ki, hadisə Şamaxı rayonunun Dəmirçi kəndi ərazisində qeydə alınıb.

Şamaxı-Dəmirçi yolunda hərəkətdə olan 90-ZO-526 dövlət nömrə nişanlı "Honda" markalı minik avtomobili yolun buz bağlaması səbəbindən idarəetmədən çıxaraq dərəyə aşıb.

Hadisə nəticəsində Bakı şəhər sakinləri, 1994-cü il təvəllüdlü Məmmədli Fəridə Zahir qızı, 1992-ci il təvəllüdlü Məmmədzadə Araz Fərhad oğlu, 1991-ci il təvəllüdlü Məmmədzadə Nisə Afər qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.(APA)