• Mahal
  • 24 Fevral 13:51
  •  3 063

Daha bir Vətən müharibəsi iştirakçısı intihar etdi

Faktla bağlı araşdırma aparılır

Azərbaycanda daha bir Vətən müharibəsi iştirakçısı canına qəsd edib.

Hadisə Yardımlı rayonunda baş verib. Belə ki, rayonun Urakəran kənd sakini, 1994-cü il təvəllüdlü Qəliyev Fərid Tofiq oğlu yaşadığı evin yaxınlığında yerləşən meşəlik ərazidə özünü asaraq intihar edib.

Qeyd edək ki, mərhum Vətən müharibəsinin iştirakçısı olub və yenicə ailə həyatı qurmuşdu.

Faktla bağlı araşdırma aparılır. (unikal.org)

AzNews.az